• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arqument.az-a nə olub?

  • 09 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Aprelin 8-i axşamdan Arqument.az saytına giriş məhdudlaşıb.

Saytın baş redaktoru Şəmşad Ağa aprelin 9-da Novator.az-a deyib ki, məhdudiyyətin rəsmi səviyyədə tətbiq edildiyini düşünür: “Bildiyiniz kimi 2017-ci il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib, nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytlara girişi məhdudlaşdırmaq səlahiyyəti qazanıb. Ancaq qanunda deyilir ki, yayılması qadağan edilən informasiya yerləşdirildikdə sayta giriş məhdudlaşdırıla bilər, həm də məhdudiyyət məhkəmə qərarı ilə olmalıdır. Biz Arqument.az-da hər hansı qanunazidd informasiya yerləşdirməmişik. Eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bizə hər hansı bildiriş, xəbərdarlıq gəlməyib. Məhkəmə də olmayıb. Düşünürəm ki, Arqument.az-ın bloklanması hökumətin siyasi motivlə qanundan növbəti sui-istifadəsinin nəticəsidir. Çox güman, yaxın vaxtda buna qanuni don geyindirməyə də çalışacaq, nazirlikdən bildiriş göndəriləcək, ola bilsin, məhkəmə də olacaq.

Hələlik dəqiq olan odur ki, aprelin 8-i axşamdan sayta giriş məhdudlaşdı, biz belə məhdudiyyətləri dəf etmək imkanı verən proqram vasitəsilə saytımıza yeni material yerləşdirməyə çalışdıqda isə haker hücumları başlandı, saytımızın məlumat bazası dağıdıldı. Hazırda heç bir vasitə ilə Arqument.az-a daxil olmaq mümkün deyil”.

Aprelin 8-də Arqument.az Cəlilabad rayonunda aksiya keçirildiyi barədə məlumat yayıb. Şəmşad Ağa güman edir ki, saytın bloklanması və haker hücumuna məruz qalması həmin materiala görədir.

2018-ci il avqustun 8-də Səbail Rayon Məhkəməsi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin iddiası əsasında Arqument.az saytını bloklamışdı. Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsi Səbail məhkəməsinin qərarını ləğv etmişdi. Həmin vaxt bu, sayt üzərinə qoyulan blokun ləğvi istiqamətində Azərbaycan məhkəmələrində çıxarılan ilk qərar idi.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun dəyişəndən bəri Azərbaycan məhkəmələri bir sıra saytlara girişi məhdudlaşdırıb, həmin məhdidiyyətlərin əksəri qüvvədədir.

Arqument.az saytı 2014-cü ildən fəaliyyət göstərir.

Hərrac qiyməti 28 min manat artırdı

  • 09 Aprel 2019
  • comments

Rusiyaya sığınanlar ən çox haradan gəlir?

  • 09 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda