• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktor: “Fəlakətin astanasındayıq”

  • 05 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərhYazarlar

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin ikinci rübündən yalnız ictimai-siyasi qəzetlərə maliyyə dəstəyi verir.  Sahə nəşrləri, o cümlədən 1997-ci ildən çıxan aparıcı idman qəzeti “Futbol+” dəstəkdən kənar qalıb.

Novator.az “Futbol+”in baş redaktoru Mahir Rüstəmlini bu mövzuda danışdırıb.

– Sahə nəşrlərinin maliyyə yardımından məhrum edilməsi sizin qəzetin durumuna necə təsir edəcək?

– Bu gün satış və reklam bazarında elə durum yaradılıb ki, – yaranıb yox, yaradılıb! – heç bir qəzetin həmin yardım olmadan gündəlik və ya günaşırı nəşr kimi mövcudluğunu saxlaması mümkün deyil. Yetərincə böyük xidmət haqqı götürən satış şirkətləri bu azmış kimi satılan qəzetlərin də pulunu vaxtında ödəmir. Bu gün aprelin 5-dir, təəssüf ki, biz yanvarda satılan qəzetlərin pulunun yarısını belə ala bilməmişik.

Reklam bazarında durumun necəliyi hər kəsə bəllidir. Bu ölkədə şirkətlərin reklam siyasəti bazar göstəricilərinə yox, şəxsi tanışlıqlara, dost-tanış münasibətlərinə əsaslanır. Bir də real iqtisadi münasibətlərin hökm sürmədiyi, inhisarçılığın at oynatdığı yerdə hansı reklam maraqlarından danışmaq olar?!

Bu mənada Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bizim qəzetə ayırdığı aylıq 5 min manat – həmişə gündəlik qəzetlər arasında ən aşağı məbləği biz almışıq! – vəziyyəti qaydaya salmaq, kommunal xərcləri və işçilərin əməkhaqqını vaxtında ödəmək baxımından bir nəfəslik idi. Aprelin 1-dən “yalnız ictimai-siyasi qəzetlər” bəhanəsi ilə həmin nəfəsliyi qapadılar.

Təbii ki, fəlakətin astanasındayıq. Burdan bir addım o yana uçurumdur.

– “Futbol+” dövriliyi dəyişə bilərmi? Dövlətin maliyyə dəstəyinin olmaması işçi heyətində ixtisarlara, maaş və qonorar fondunda azalmalara gətirə bilərmi?

– Aprelin 1-dən qəzetin dövriliyini həftədə 5 dəfədən 4 dəfəyə endirməklə yanaşı qiyməti 10 qəpik qaldırmışıq ki, heç olmasa itkilərin cüzi bir hissəsini qapayaq. Amma bu da çıxış yolu deyil. Təbii ki, vəziyyətin belə davam edəcəyi təqdirdə gələn ay həm ixtisarlara getməli olacağıq, həm də çalışanların əməkhaqqını ödəməkdə ciddi problemlər yaşayacağıq.

– Azərbaycanda mətbu nəşrlərin yayımla bağlı ciddi problemləri var. Yayım şəbəkəsi çox daralıb. Bu məsələ ilə bağlı hansı tədbirlərin görülməsini istəyərdiniz?

– Bildiyiniz kimi, 2013-cü ildən heç bir ciddi əsas göstərmədən Bakı Metropoliteninin stansiyalarında qəzet-jurnal satışına qadağa qoyulub. Media kursunu yönəldənlər tiraj və satış göstəricilərinin artmasında səmimidirlərsə, onda nədən metroda satışa qoyulan yasaq aradan qaldırılmır? Sirr deyil ki, bu halda redaksiyaların gəlirləri ən azı 10 faiz artacaq.

Abunə sistemi bilərəkdən və ya bilməyərəkdən çökdürülüb. Bu gün Bakının kəndləri, ucqar qəsəbələri, Sumqayıtla yanaşı hətta paytaxtın böyük hissəsində qəzetlərin abunə yolu ilə yayılması mümkün deyil. Abunədə müəyyən güzəştlərə getmək variantları isə ancaq redaksiyaların hesabına olur. Bu məsələdə yayımla məşğul olan şirkətlər də boynuna hansısa məsuliyyəti götürməlidir.

Əldə yayım şəbəkəsi geniş şəkildə bərpa olunmalı, daha qəzet satıb çörək qazanmaq istəyən adamlar polislə qaçdı-tutdu oyunu oynamamılıdır.

Bayram günlərində qəzet yayımı ilə bağlı problem daha acınacaqlı xarakter alır. Yayım-daşıma şirkətlərinin – xüsusən də dövlətə bağlı olanların – işləməməsi üzündən qəzeti oxucuya çatdıra bilmirik. Elə günlər olur ki, onlarla oxucu şəxsən redaksiyaya gələrək bizdən qəzet götürür. Razılaşın ki, hər kəs qəzeti daha asan yolla almaq istəyər. Bir sözlə, bu sahədə də durum acınacaqlıdır.

Son olaraq onu demək istəyirəm ki, biz dövlətin maliyyə yardımından məhrum olunmağımızla barışmayacağıq, çünki bunu ədalətsiz qərar sayırıq və bazar ertəsindən etiraz aksiyasına əl atacağıq.

Soruşa bilərsiniz ki, niyə qərarın açıqlandığı aprelin 1-dən aksiyalara başlamadınız? Sadəcə, suların daha da durulmasını, yuxarıdan bu yöndə hansısa məntiqli addım atılacağını gözlədik.

“Kütləvi çıxarış” Şamaxıya baş çəkib

  • 05 Aprel 2019
  • comments

Şuşada ölməklə Şuşasız ölməyin fərqi

  • 05 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • İdman
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda