• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Danışıq barədə danışıq

  • 03 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin aprelin 2-si telefonla danışıblar. Rəsmi məlumata görə, dövlət başçıları Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-u Vyanada keçirdiyi ilk rəsmi görüşün nəticələrini və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər. Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları fəallaşdırmağın əhəmiyyətini vurğulayıblar.

Novator.az bildirir ki, İlham Əliyevin Nikol Paşinyanla görüşü ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Skoferin (ABŞ) vasitəçiliyi ilə keçirilib. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın da iştirak etdiyi görüşdən sonra verilən birgə bəyanata görə, prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıblar, nazirlərə yaxın gələcəkdə həmsədrlərlə yenidən görüşmək barədə təlimat veriblər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

İlham Əliyev martın 29-u Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibədə deyib ki, danışıqların formatı dəyişilməz qalıb: “Danışıqlar uzun illər olduğu kimi Ermənistanla Azərbaycan arasında aparılır”.

Aprelin 1-də Nikol Paşinyan bəyan edib ki, Vyanada Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa iştirakı məsələsini qaldırıb, ancaq Azərbaycan buna razılaşmayıb.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl üç görüş keçiriblər. 2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində və bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində. Bunlar qeyri-rəsmi görüşlər sayılıb.

Vyanada keçirilən ilk rəsmi görüşdən sonra – aprelin 1-də Nikol Paşinyan da Rusiya prezidenti Vladimir Putinə zəng vuraraq onu danışıqların gedişi barədə məlumatlandırıb.

2 aprel hərracında

  • 02 Aprel 2019
  • comments

YUNESKO tədbirinə viza sərəncamı

  • 03 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda