Dünya birjalarında neft bahalaşıb. AZƏRTAC-ın 3 aprel məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 69,74 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 62,82 dollara qalxıb.
Azərbaycan nefti “AzəriLayt” 71,16 dollara satılır.
Novator.az bildirir ki, Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82 dollarla start verib.