“525-ci qəzet” dövriliyini dəyişib. Novator.az-ın məlumatına görə, aprel ayından başlayaraq qəzet çərşənbə və şənbə günləri kiçik formatda, 24 səhifədə çıxacaq.
1992-ci ildə yaradılan “525-ci qəzet” 1999-cu ildən gündəlik nəşr olunub. Son illər qəzet çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə günləri böyük formatda (8 səhifə), şənbə günləri kiçik formatda (24 və ya 32 səhifə) işıq üzü görüb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müəyyən etdiyi yeni qaydalarla “525-ci qəzet” 2019-cu ilin ikinci rübündə qurumdan ayda 10 min manat maliyyə dəstəyi alacaq.
Nəşrinə maliyyə ayrılacaq gündəlik qəzetlər kimi yalnız “Bakı xəbər”, “Kaspi”, “Yeni Müsavat”, “Səs”, “Yeni Azərbaycan”, “Mövqe”, “Kaspiy” saxlanıb. Onlara ayda 20 min manat maliyyə yardımı veriləcək.