• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yalçın İmanovun işi: yenə “yox”

  • 02 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Aprelin 2-də Sumqayıt Apellyasiya Məhkəməsi hüquqşünas Yalçın İmanovun Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadından şikayətinə baxıb. Hakim Nazim Nəsibovun sədrlik etdiyi prosesdə şikayət təmin olunmayıb.

Novator.az-a danışan Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi istəyi ilə üz tutduğunu xatırladıb. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Bu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib.

Ötən il Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı Yalçın İmanovun 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib. Məhkəmələr onun Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edib, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində keçirilən prosesdə çıxış edən hüquqşünas Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının qərarının surətinin ona təqdim olunmadığını bildirib. Ancaq həmin prosesdə də qərarın surəti ortaya çıxarılmayıb. Fevralın 13-də Vəkillər Kollegiyasının nümayəndəsi vəsatət qaldıraraq bildirib ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Hakim bu vəsatəti təmin edib, iddiaya baxışı dayandırıb.

Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutan Yalçın İmanov bu qərardadın ləğvini istəyirdi. Yalçın İmanov Novator.az-a deyib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 aprel qərarını alan kimi Ali Məhkəməyə şikayət verəcək.

Hüquqşünas Gəncə Apellyasiya Məhkəməsinə də şikayət edib. O, apellyasiya instansiyasından Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il qərarının ləğvini istəyir.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Hüquqşünasın işi yeni mərhələdə

İradəsiz kollegiya?

Yalçın İmanov prosesi təyin olunub

Yalçın İmanovun şikayətinə bu ay baxılacaq

Yalçın İmanovun şikayəti təmin olunmadı

Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq

Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

Yalçın İmanov: çəkişmələr davam edir

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı

Yalçın İmanovun işi yekun qərara gedir

Məhkəmə Yalçın İmanovun vəkilliyinə xitam verdi

Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq

Yalçın İmanov daha bir şikayət verib

Kəlbəcərə gələn adam

  • 02 Aprel 2019
  • comments

“İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədi...

  • 02 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda