Təhsil Nazirliyi telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikasını açıqlayıb. Rəsmi məlumata görə, 2019-cu ilin mart ayında həmin mərkəzlər ümumilikdə 14 min 467 müraciət alıb. Telefon məlumat mərkəzində 12 min 561 zəng qəbul edildiyi, vətəndaşların qəbulu mərkəzində 1906 vətəndaşa xidmət göstərildiyi bildirilir.
Nazirliyə ay ərzində 437 ərizə, 527 məktub daxil olub.
Müraciətlər daha çox direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması və digər bu kimi məsələləri əhatə edib.