Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, ilkin hesabata görə, 44,4 faiz səs toplayan hakim Ədalət və İnkişaf Partiyası 81 şəhərin 40-da bələdiyyə başçısı postuna sahib çıxıb.
Cümhuriyyət Xalq Partiyası 20, Milliyyətçi Hərəkat Partiyası 11, Xalqların Demokratik Partiyası 8, Türkiyə Kommunist Partiyası 1 şəhərdə qələbə qazanıb.
Daha bir bələdiyyə başçısı kürsüsü müstəqil namizədə qismət olub.
Ədalət və İnkişaf Partiyası 58, Cümhuriyyət Xalq Partiyası 13, Xalqların Demokratik Partiyası 9, Milliyyətçi Hərəkat Partiyası 1 şəhərin bələdiyyə məclisində çoxluq əldə edib.
Martın 31-də prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng vuraraq qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.