• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan Vyana görüşündə nə məsələ qaldırıb?

  • 01 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayıma çıxaraq Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışıb.

Martın 29-u Vyanada keçirilən görüşdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Prezident və baş nazir təkbətək də bir araya gəliblər.

Novator.az-ın məlumatına görə, aprelin 1-i “Facebook”dakı açıqlamasında Nikol Paşinyan Vyanada Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa iştirakı məsələsini qaldırdığını, ancaq Azərbaycanın buna razılaşmadığını deyib.

Nikol Paşinyan Ermənistanın bu məsələyə yenə qayıdacağını vurğulayaraq bunları əlavə edib: “1998-ci ildən Dağlıq Qarabağı danışıqlarda həmin bölgədən çıxmış Ermənistan prezidentləri qeyri-rəsmi olaraq təmsil ediblər. Mən isə heç vaxt Qarabağın lideri olmamışam və onun adından danışa bilmərəm”.

Azərbaycan prezidenti İlham Əliyev martın 29-u Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibədə deyib ki, danışıqların formatı dəyişilməz qalıb: “Danışıqlar uzun illər olduğu kimi Ermənistanla Azərbaycan arasında aparılır. Biz Minsk qrupu həmsədrlərinin 9 mart bəyanatını çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

1998-2008-ci illərdə Ermənistana Robert Köçəryan, 2008-2018-ci illərdə Serj Sərkisyan prezidentlik edib. Onların hər ikisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulublar, işğalçı müharibənin əsas liderlərindən sayılırlar.

Ermənistanda doğulmuş Nikol Paşinyan ölkə hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edir.

Gürcüstan polietilen torbalarla vidalaşır

  • 01 Aprel 2019
  • comments
Video

Orduda yeni hazırlıqlar

  • 01 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda