İkram Rəhimovun məhkəməsi başlayıb
Martın 12-si Bakı Ağır Cinayətlər Məhkəməsində Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun işi üzrə məhkəmə prosesi başlayıb. Azadliq.org-un məlumatına görə, vəkil Elçin Sadıqov İkram Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, cinayət i...
Paşinyan Xankəndidə toplantı keçirib
Martın 12-si Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının və işğalçı Dağlıq Qarabağ rejiminin eyni strukturunun birgə iclası keçirilib. Novator.az-ın məlumatına görə, iclasa Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan, müdafiə və xarici işlər nazirləri, Milli Təhlükəsi...
Hərrac bilgisi
Əmlak Məsələləri Dövlət Komitəsinin 12 mart hərracında 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilib. Rəsmi məlumata görə, Lənkəran şəhərindəki “Lənkəran mebel” Səhmdar Cəmiyyətinin özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müə...
Ölkələrdə hava təmizliyi
“Qrinpis” beynəlxalq ekologiya təşkilatı təmiz və çirkli havası olan ölkələrin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq 73 ölkəni əhatə edir. Ən təmiz havası olan ölkələr kimi İslandiya, Finlandiya, Avstraliya, Estoniya, İsveç, Norveç, Yeni Zelandiya, Kanada, ABŞ və Portuqaliya gös...
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik
Seymur Kazımov Jurnalistikanın tədrisi sahəsindəki problemlərdən çox danışılıb. Görünən odur ki, hələ lap çox danışılacaq, çünki səslənən irad və təkliflər nəzərə alınmır, bundan itirən isə tələbə olur. Azərbaycandakı jurnalistika fakültələrinin tələbəyə verdiyi yeganə lazımlı vəsait diplomdur, yəni...
Prezident Qarabağ dəvətini qəbul etmədi
Ermənistan prezidenti Armen Sərkisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etmək təklifinə razılaşmayıb. Novator.az-ın məlumatına görə, prezidentin mətbuat xidmətinin 12 mart açıqlamasında qeyd olunur ki, dövlət başçısı Ermənistan Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda keçiriləcək iclasına ...
Sərhəddə yeni pozuntu
Dövlət Sərhəd Xidməti rəsmi məlumat yayıb. Xəbərə görə, martın 12-si saat 00:07 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı nam...
Prezident niyyətindən əl çəkdi
Əlcəzair prezidenti Əbdüləziz Buteflika beşinci dəfə dövlət başçısı olmaq niyyətindən əl çəkib. Novator.az-ın məlumatına görə, martın 11-də xalqa müraciət edən dövlət başçısı növbəti prezident seçkisinə qatılmayacağını bildirib. 1937-ci il təvəllüdlü Əbdüləziz Buteflika 1999-cu ildən dörd dəfə prezi...
İşğalçıların müzakirəsi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan martın 11-i Xankəndidə işğalçı rejimin başçısı Bako Saakyanla müzakirələr aparıb. Əvvəl təkbətək keçirilən görüşə sonradan Ermənistanın xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi, eləcə də Dağlıq Qarab...
Həbsdə olan müsavatçı: “Bunu heç kimə bağışlamayacam”
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənova ittiham elan olunub. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını dövlət itthamçısı Pərviz Rzayev elan edib. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup ...
Şərti düşmən hədəflərinə zərbələr endirilir
Azərbaycan Ordusunun martın 11-də başlayan genişmiqyaslı təlimlərinə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiy...
ABŞ-ın yeni səfiri fəaliyyətə başlayıb
Martın 12-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri İrli Litsenberger etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. AZƏRTAC xəbər verir ki, səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logi...
Neftin 12 mart qiymətləri
Dünya birjalarında neftin qiyməti artıb. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 66,64 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 56,94 dollara yüksəlib. Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinin 67,52 dollara satıldığı vurğulanır. 2019-cu ili...
Məzənnə dəyişmələri
Martın 12-də avro (1,9128 manat), Rusiya rublu (0,0258 manat) və Türkiyə lirəsi (0,3127 manat) bahalaşıb. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb, ucuzlaşan Gürcüstan larisi isə 0,6324 manata satılır (Məzənnələr). 2015-ci ildə dolların rəsmi qiyməti 1,5594 manata, 2016-cı...
Birdəfəlik ödəmənin yeni hesabatı
Yaxın günlərdə 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qərar martın 11-də qəbul edilib. Prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 1997-ci il...
50 faizlik artım sərəncamı
Teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsi yönündə addım atılıb. Prezident İlham Əliyevin 11 mart sərəncamı ilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılır. Sər...
Bakı finalının yolu açıldı
Prezident İlham Əliyev UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə sərəncam verib. Sərəncama görə, bu sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslə...
Paris razılaşmaları
Parisə səfər edən birinci vitse-prezident Mehriban Əliyeva martın 12-də Fransanın baş naziri Eduard Filiplə görüşüb. AZƏRTAC xəbər verir ki, Matinyon sarayında keçirilən təkbətək görüşdə çıxış edən Mehriban Əliyeva iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. İqtisadi sahədə əmək...
BDU-da yeni rektor
Martın 11-də prezident İlham Əliyev Elçin Babayevi Bakı Dövlət Universitetinin rektoru təyin edib. Bakı Dövlət Universitetinin rektoru postu ötən il noyabrın 15-dən, Abel Məhərrəmov həmin vəzifədən azad ediləndən boş idi. Abel Məhərrəmov 1999-cu il yanvarın 11-dən Bakı Dövlət Universitetinin rektoru...
“Bir, iki – bizimki!” festivalın qalibi seçilib
Yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşa “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi olub. “Boş məkanın dolğunluğu-2” festivalı mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib. Festivalın təşkilatçısı Azərbaycan Teatr Xadim...