• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlqar Məmmədovun üzərindəki şərti həbs cəzasına son qoyuldu

  • 28 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Martın 28-də Ali Məhkəmədə Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədovun şikayətinə baxılıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Uzun məhkəmə çəkişmələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarından sonra 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu azadlığa buraxıb. İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılması barədə qərar çıxarılıb.

Lakin İlqar Məmmədov ona tam bəraət verilməsini istəyib. Buna görə o, Ali Məhkəməyə şikayət verib.

2019-cu il martın 28-də şikayətə baxan Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədov haqqında çıxardığı 7 il azadlıqdan məhrumetmə cəzasını 5 il 6 ay 9 günə endirib.

İlqar Məmmədov 2013-cü il fevralın 4-dən 2018-ci il avqustun 13-dək 5 il 6 ay 9 gün həbsdə olub. Deməli, Ali Məhkəmənin İlqar Məmmədova təyin etdiyi yeni cəza (5 il 6 ay 9 günlük həbs) artıq çəkilib. Buna görə də Ali Məhkəmənin yeni qərarına əsasən, İlqar Məmmədovun cəzası çəkilmiş hesab edilib, Şəki Apellyasiya Məhkəməsinin təyin etdiyi şərti həbs cəzası isə qüvvədən düşüb. Nəticədə İlqar Məmmədov onun üzərində olan şərti həbs cəzasından azad olub.

Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İlqar Məmmədov Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.

2008-ci ildə Respublikaçı Alternativ (REAL) Hərəkatını yaradıb və ona rəhbərlik edib.

2018-ci ilin aprelində hərəkatın bazasında Respublikaçı Alternativ Partiyası (REAL Partiya) təsis olunub. Təsis qurultayında İlqar Məmmədov partiya sədri seçilib.

Kredit kompensasiyası üzrə bilgi resursu istifadəy...

  • 28 Mart 2019
  • comments

Rusiyada orta maaş nə qədərdir?

  • 28 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda