Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup (Xədicə İsmayıl, İntiqam Əliyev, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və s.) bu il fevralın 20-də 127 nəfərlik siyasi məhbus siyahısı açıqlamışdı. Novator.az bildirir ki, o vaxtdan bəri çox məhbus azadlığa çıxıb. 1 nəfər cəzasını başa vuraraq, 1 nəfər azadlığın məhdudlaşdırılması cəzası alaraq həbsdən buraxılıb.
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun siyasi məhbus saydığı AXCP üzvü Mirfeyzulla Seyidov ev dustağıdır.
Prezident İlham Əliyevin 16 mart sərəncamı ilə əfvə düşənləri də çıxanda qurumun siyahısının jurnalist və bloqçular bölümündə 5 məhbusun adı qalır: Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli.
Hüquq müdafiəçiləri bölümündə Əliabbas Rüstəmovun adı yer alır.
Siyasi və ictimai fəallardan 7 nəfər həbsdədir: Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Azad Həsənov.
İnanclı fəallardan 50 nəfər siyasi məhbus sayılır: Elxan Bünyadov, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırov, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-Əli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Əliəsgər Cabbarov, Rza Ağali, Ziya Tahirov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev.
Ömürlük həbs cəzasına məhkum olunan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov siyasi məhbus hesab edilirlər.
1 məhbus siyasi girovlar bölümündədir: Emin Saqiyev. O, xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağıdır.
Səid Dadaşbəyli və onunla birgə tutulan Ceyhun Əliyevlə Cahangir Kərimov da siyasi məhbus sayılırlar.