• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktora hökm oxunub

  • 19 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Criminal.az (eyni zamanda Criminalaz.com) saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti azadlıqdan məhrumetmə (2 ili sınaq müddəti olmaqla) cəzası verilib.

Hökm martın 18-i Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə çıxarılıb.

Anar Məmmədov Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə təqsirli bilinib.

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

8 iyul açıqlamasında Criminalaz.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Anar Məmmədov Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub. Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Anar Məmmədov ittihamları qəbul etmir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il martın 18-də çıxardığı hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Vergi daxilolmaları nə qədər artıb?

  • 19 Mart 2019
  • comments

Ermənistandakı azərbaycanlı girovdan yeni məlumat

  • 19 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP sınağı

GLOBALS:0
comments
Xəbər

Lirə bu il nə qədər ucuzlaşıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan: əhalinin 55,1 faizi sülhə inanmır

GLOBALS:0
comments
Xəbər

26-lar

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

CXP sınağı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda