Dünya birjalarında neft bahalaşıb. AZƏRTAC-ın 14 mart məlumatına görə, London birjasında brent markalı neftin bir barrelinin qiyməti 67,83 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 58,43 dollara qalxıb.
Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 68,59 dollara satılır.
2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62 dollarla start verib.