Daha iki komanda UEFA Çempionlar Liqasının 1/8 finalını dəf edib. Novator.az-ın məlumatına görə, martın 12-si “Şalke”ni qəbul edən “Mançester Siti” rəqibin qapısına 7 cavabsız top vuraraq 1/4 finalda oynamaq hüququ qazanıb. Bu klub ilk oyunda da üstün gəlmişdi – 3:2.
Evdə “Atletiko” ilə görüşən “Yuventus” 3:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. İlk oyunda “Atletiko” zəfər əldə etmişdi (2:0).
1/4 finalda “Mançester Yunayted”, “Portu”, “Tottenhem” və “Ayaks” da oynayacaq.