• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbsdə olan müsavatçı: “Bunu heç kimə bağışlamayacam”

  • 12 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənova ittiham elan olunub.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını dövlət itthamçısı Pərviz Rzayev elan edib.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur. Bu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

2003-cü ildən Müsavat Partiyasının üzvü olan Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci il oktyabrın 10-da o, ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gəlib. Həmin gün Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesində Azad Həsənov ittihamın tam uydurma olduğunu, üzərindən tapılan narkotiki əslində polislərin onun cibinə atdığını iddia edib.

Meydan.tv-nin məlumatına görə, Azad Həsənov bildirib ki, heç vaxt narkotik görməyib, heç siqaret də çəkə bilmir. O qeyd edib ki, tutularkən polis idarəsində psixoloji təzyiqlə üzləşib, döyülməmək, xəstə atasının narahatlığına səbəb olmamaq üçün narkotiki qəbiristanlıqdan tapıb özündə saxlaması barədə izahatı imzalamaq məcburiyyətində qalıb.

“İttihamın yalan olduğunu sübut etmək 5 dəqiqəlik işdir. Amma mən 5 aydır həbsdəyəm. Bunu heç kimə bağışlamayacam” deyən Müsavat fəalı həbsini siyasi fəallığı ilə əlaqələndirib.

Məhkəmə prosesi martın 18-də davam edəcək.

Şərti düşmən hədəflərinə zərbələr endirilir

  • 12 Mart 2019
  • comments

İşğalçıların müzakirəsi

  • 12 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda