• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-ın yeni səfiri fəaliyyətə başlayıb

  • 12 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Martın 12-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri İrli Litsenberger etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökumətində yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə də toxunulub, İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.

Prezident və səfir Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçısı ilə görüşdən bir gün qabaq səfir xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı durumu müzakirə olunub. Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri, ələlxüsus Cənub Qaz Dəhlizi layihəsi haqda danışıb və ABŞ-ın bu layihələrə dəstəyinin təqdir olunduğunu deyib.

İrli Litsenberger Azərbaycanın enerji təhlükəsizliyinə və terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib.

Novator.az bildirir ki, Litsenberger ABŞ-ın Azərbaycanda səfiri postuna ötən ilin dekabrında təsdiqlənib. O, ABŞ-ın Serbiya, Qırğızıstan səfirliklərində, NATO missiyasında çalışıb. Son təyinata qədər ABŞ Dövlət Departamentində hərbi-siyasi məsələlərlə məşğul olub.

ABŞ-ın Azərbaycanda birinci səfiri Riçard Mayls olub. O, 1992-1993-cü illərdə bu postu tutub.

İkinci səfir Riçard Kozlariç 1994-1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997-2000-ci illərdə çalışıb.

Sonrakı səfirlər bu şəxslərdir: Ross Uilson (2000-2003), Rino Harniş (2003-2006), Enn Dörsi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morninqstar (2012-2014), Robert Sekuta (2015-2018).

Neftin 12 mart qiymətləri

  • 12 Mart 2019
  • comments

Şərti düşmən hədəflərinə zərbələr endirilir

  • 12 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda