• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın dövlət sərhədinə silahlı hücum: kiçik çavuş şəhid olub

  • 11 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Martın 10-u saat 06:50 radələrində Azərbaycan-İran sərhədində atışma olub.

Hadisə Fizuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında baş verib.

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin yaydığı məlumata görə, silahlı sərhəd pozucuları İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edirmiş.

Onlar Sərhəd Qoşunlarının “Horadiz” dəstəsinin ərazidə xidmət keçən sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayıblar, sərhəd naryadına qarşı silah işlədiblər.

Atışma zamanı sərhəd naryadının başçısı, Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları alıb. Sərhəd naryadının üzvü, Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu isə əlindən yaralanıb.

Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, Səxavət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanın dövlət sərhədini poza bilməyən sərhəd pozucuları geri qaçıblar.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib hadisə yerinə baxış keçiriblər, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veriblər.

Dövlət Sərhəd Xidmətinin rəhbərləri dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş Səxavət Məmmədovun atası ilə görüşüb, başsağlığı veriblər.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə kiçik çavuş Səxavət Məmmədov (ölümündən sonra) və əsgər Vidadi Cəbrayılov xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanıb.





Avropa meydanlarında

  • 11 Mart 2019
  • comments

Çingiz və başqaları (“Avroviziya” təmsilçiləri)

  • 11 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda