• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Xanımlar baş tacıdır” deyək, amma…

  • 07 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

İqtisadçı Rövşən Ağayev gender statistikasından bəzi rəqəmləri gündəmə gətirib. Novator.az-ın məlumatına görə, o yazır ki, Azərbaycanda əmək qabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər 100 qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır: “Əmək qabiliyyətli yaşda olub müxtəlif səbəblərdən (ev işləri, erkən pensiya, təhsil, əlillik və s.) işləməyən hər 100 nəfərdən 66 nəfəri qadınlar, 34 nəfəri kişilərdir. İqtisadi cəhətdən qeyri-fəal olan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən xanımların təxminən 45%-i (630 min nəfər) evdar statusu olanlardır.

İqtisadiyyat üzrə qadınların rəsmi məvacibləri kişilərin maaşlarının təxminən yarısına bərabərdir.

Bütün məşğul qadınlarımızın 14%-i, kişilərin 20%-i ali təhsillidir. Hər 1000 nəfər hesabı ilə kənd yerlərində universitet təhsili olan qadınların sayı şəhərlərə nisbətən 2 dəfə aşağıdır.

Qadın işsizlərin sayı kişilərə nisbətən 40% çoxdur. Şəhər yerlərində işsiz qadınların hər nəfərindən 64 nəfəri 29 yaşdan aşağı olan gənc xanımlardır. Kənd yerlərində məşğul hesab edilən hər 100 qadından ən azı 75 nəfəri ağır əl əməyinə əsaslanan aqrar sektorda, cəmi 25 nəfəri qeyri-kənd təsərrüfatı işlərində çalışır.

Ümumilikdə isə iqtisadiyyat üzrə çalışan hər 100 qadından təxminən 60 nəfəri ixtisassız və ya az ixtisas tələb edən sahələrdə – aqrar sektor və ticarət sahəsində çalışır.

Bütün iqtisadi fəal qadınların cəmi 25%-i rəsmi əmək müqaviləsi əsasında işləyir. Yəni ən yaxşı halda hər 100 qadından 25 nəfəri ona pensiya hüququ, xəstəlik və analıqla bağlı, istirahət üçün məzuniyyət hüququ qazandıracaq sosial sığorta sistemi ilə əhatələnib.

Rəsmi sahibkarlıq subyektlərinin ən yaxşı halda 20%-i qadınlardır.

“Xanımlar baş tacıdır” deyək, amma bu problemləri unutmamaq və onları həll etmək üçün əlimizdən gələni etmək şərti ilə”.

Qadınlarla bağlı rəsmi arayış

Problemli kreditlər fərmanı ilə bağlı suallara cav...

  • 07 Mart 2019
  • comments

Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehi...

  • 07 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Gender
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda