Prezident İlham Əliyev təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən bir qrup qadına fəxri adlar verib. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə imzalanan sərəncamla Namazova Sevda Nadir qızı, Rüstəmova Məlahət Oruc qızı, Salmanova Larisa Parfenevna əməkdar müəllim, Mirzəyeva Xatirə Əbdülrəhim qızı əməkdar həkim, Ələkbərova Nüşabə Nazir qızı əməkdar mədəniyyət işçisi fəxri adı alıblar.
Digər sərəncamla ictimai həyatda səmərəli fəaliyyəti olduğu bildirilən qadınlar təltif edilib. Ömərova Mömünət Məhəmməd qızı 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb. Bu şəxslər isə “Tərəqqi” medalı ilə təltif olunub: Bağırova Tamella Sulduz qızı, Eminova Səadət Seyfulla qızı, Əhmədova Aytən Nadir qızı, Əhmədova Dilarə Qurban qızı, Əkbərova Mehrəngiz Ağabala qızı, Ələsgərova Səadət Məhəmməd qızı, Əliyeva Xuraman Eynulla qızı, İsgəndərova Xuraman Firqən qızı, Qafarova Rəqiyə Savalan qızı, Qaybalıyeva Fəridə Kamil qızı, Quliyeva Nuranə Aslan qızı, Quliyeva Raya Səlim qızı, Məmmədova Aynur Tofiq qızı, Məmmədova Fizzə Sadıx qızı, Məmmədova Humayə Muxtar qızı, Nurməmmədova Mədinə Əlişah qızı, Tağı Zadə Təranə Qadir qızı.
8 Mart qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi tarixə düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında 8 Martın bayram edilməsi haqqında qərar qəbul edilib.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.