UEFA Çempionlar Liqasının daha iki 1/4 finalçısı müəyyənləşib. Novator.az-ın məlumatına görə, martın 6-da “Mançester Yunayted” və “Portu” komandaları bu hüququ əldə ediblər.
1/8 finalın Parisdə keçirilən cavab oyununda “Mançester Yunayted” ev sahibi PSJ-ni 3:1 hesabı ilə yenərək ilk görüşdəki məğlubiyyətin (0:2) əvəzini çıxıb.
“Roma”nı qəbul edən “Portu” da 3:1 hesabı ilə qalib gəlib. İlk oyunda “Roma” minimal hesabla üstün olmuşdu – 2:1.
Beləliklə, 1/4 finalçıların sayı 4-ə çatıb. Srağagün “Tottenhem” və “Ayaks” mərhələ adlayıb.