• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Hüseynov jurnalistlər qarşısında

  • 05 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bloqçu Mehman Hüseynov martın 5-i Bakıda mətbuat konfransı keçirib.

Mehman Hüseynov 2017-ci ilin martında polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Rəsmi açıqlamaya görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib.

Yeni cinayət işi ölkə ictimaiyyətinin və dünya birliyinin etirazlarına səbəb olub. Bu etirazlardan və Mehman Hüseynovun prezident İlham Əliyevə müraciətindən sonra 2019-cu il yanvarın 22-də ikinci cinayət işinin icraatına xitam verilib.

Mehman Hüseynov martın 2-də ilk cinayət işi ilə kəsilmiş cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Martın 5-də mətbuat konfransı keçirən bloqçu həbsdən azad olunmasına görə yerli və beynəlxalq qurumlara, siyasi partiyalara, ondan ötrü aksiyalara qatılan insanlara, bütövlükdə Azərbaycan xalqına təşəkkür edib.

Cəza müddətinin bitməsinə az qalmış təxribatla üzləşdiyini deyən Mehman Hüseynov vurğulayıb ki, buna qarşı qəti mövqe ortaya qoyub. Onun sözlərinə görə, bunu tək özü üçün yox, həm də başqa siyasi məhbusların təxribatla üzləşməməsi üçün edib: “Əvvəl məni aparıb cərimə kamerasına saldılar. Sonra ittihamçı gəldi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşını vurmusan, ölüm ayağındadır. Əslində belə hadisə olmayıb, bu mənə qarşı bir oyun idi. Bu oyunu pozmaq üçün ölüm aclığı aksiyasına başladığımı, sudan, qidadan imtina etdiyimi bildirdim”.

Mehman Hüseynov deyib ki, 2018-ci il dekabrın 26-da aclığa başlayıb, dekabrın 30-da vəziyyəti pisləşib: “Bildirdilər ki, belə davam etsə, məcburi qaydada qida qəbul etdirəcəklər. Qida qəbul etməyə məcbur edilməyi istəmədiyimdən və aksiyanın artıq ictimailəşdiyini bildiyimdən su içməyə başladım, daha sonra süd və maye şəkildə yoğurt qəbul etdim”.

Bloqçu bütün siyasi məhbusların azad olunmasını istədiyini vurğulayıb.

Mehman Hüseynov müxalif bloqçu kimi, hökuməti tənqid edən videoları ilə tanınır. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə Emin Hüseynov qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Mehman Hüseynova yeni cinayət işi qaldırılıb

Calaq cəzalar

Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir

“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir

Azadlıq istəyənlərdən dördü həbs olundu

Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib

Mehman Hüseynovun işi: daha bir aksiya

Müsavat mitinq keçirmək qərarına gəlib

Penitensiar Xidmət aclıq xəbərini təkzib edir

Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb

Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var

Avropalı komissar Bakıya Mehman təklifi verdi

Neçə nəfər aclıq edir?

YAP-çı deputatların reaksiyası

Cəzanı hamı çəkir

Mehmanla görüşlər

Mehman hansı sözə görə tutulub?

Mitinqə razılıq verilmədi

ATƏT-dən Mehmanı buraxmaq çağırışı gəldi

Həbsdə olan müsavatçı aclığa başladığını elan edib

Bloqçu Mehman və jurnalist…

Siyasi Məhbusları Müdafiə Mərkəzi toplantı keçirib

Mehman Hüseynov: daha bir aksiya təyin olunub

Məhbəsdə aclıq: yeni bəyanatlar var

Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı

Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər

Aclıqdan yeni xəbərlər

Milli Şuranın mitinqinə icazə verildi

Ofeliya Hüseynovaya Mehmanla görüşməyə icazə verilməyib

Aclıq edən məhbuslarla görüş olub

Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?

Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb

“Mehman Hüseynovun işi”: Avropa Parlamenti qətnamə qəbul etdi

“Bu cəhd heç bir nəticə verməyəcək”

Milli Şuranın 19 yanvar mitinqi

Mitinq ərəfəsində tutulanlar

Aclıq aksiyası davam edir

Mehman Hüseynovun prezidentə müraciət etdiyi bildirilir

Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tövsiyə verib

Mehman Hüseynovla bağlı dinləmə keçirilib

Mehman Hüseynovun cinayət işi xətm olundu

Aclıq edən məhbuslardan nə xəbər?

Azadlıqdakı aclıq dayandırıldı

Məhbuslar aclığı dayandırıblar

Mehman Hüseynov səbirsizliklə gözləyir

Mehman Hüseynov mətbuat konfransı keçirəcək

Gürcüstanın turizm göstəriciləri

  • 05 Mart 2019
  • comments

Prezident Ermənistanın danışıqları pozmağa çalışdı...

  • 05 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda