Martın 2-də bloqçu Mehman Hüseynov azadlığa çıxıb.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdə idi. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
2018-ci il dekabrın 26-da Mehman Hüseynova hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb, amma ölkə ictimaiyyətinin və dünya birliyinin sərt etirazları nəticəsində 2019-cu il yanvarın 22-də bu iş xətm edilib.
Bu gün azadlığa çıxandan sonra Mehman Hüseynov Bakının Qurd qapısı qəbiristanlığında jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib. “Azadlıq” radiosuna açıqlamasında Mehman Hüseynov səhər saatlarında azadlığa çıxdığını deyib: “Söz vermişəm ki, bu gün Mehman Hüseynov haqqında yox, Elmar Hüseynov haqqında danışacağam. Mən azadlığa çıxan kimi gedib ananım qəbrini ziyarət etdim. Ardınca da qətlə yetirilən jurnalist Elmar Hüseynovun qəbri üstünə gəlmişəm. Bunu özümə mənəvi borc bildim”.
Bloqçu əlavə edib ki, martın 4-də mətbuat konfransı keçirib məhbəs həyatı barədə danışacaq: “İnanmıram ki, iki il ərzində nələr baş verdiyi maraqlı olsun. Amma son iki ayda üzləşdiyim haqsızlıqlar barədə geniş açıqlama verəcəm”.
Mehman Hüseynovun anası Firəngiz Hüseynova 2018-ci il avqustun 6-da vəfat edib.
Martın 2-də jurnalist Elmar Hüseynovun qətlindən 14 il ötür.
1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub.
Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları həbs edilməyib.
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Mehman Hüseynovun işindən şikayət hazırlanır
Mehman Hüseynovun işi: naməlum səbəblər
Mehman Hüseynovun şikayəti təmin edilməyib
Mehman Hüseynova yeni cinayət işi qaldırılıb
Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir
“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir
Azadlıq istəyənlərdən dördü həbs olundu
Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib
Mehman Hüseynovun işi: daha bir aksiya
Müsavat mitinq keçirmək qərarına gəlib
Penitensiar Xidmət aclıq xəbərini təkzib edir
Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb
Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var
Avropalı komissar Bakıya Mehman təklifi verdi
YAP-çı deputatların reaksiyası
Mehman hansı sözə görə tutulub?
ATƏT-dən Mehmanı buraxmaq çağırışı gəldi
Həbsdə olan müsavatçı aclığa başladığını elan edib
Siyasi Məhbusları Müdafiə Mərkəzi toplantı keçirib
Mehman Hüseynov: daha bir aksiya təyin olunub
Məhbəsdə aclıq: yeni bəyanatlar var
Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı
Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər
Milli Şuranın mitinqinə icazə verildi
Ofeliya Hüseynovaya Mehmanla görüşməyə icazə verilməyib
Aclıq edən məhbuslarla görüş olub
Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?
Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb
“Mehman Hüseynovun işi”: Avropa Parlamenti qətnamə qəbul etdi
“Bu cəhd heç bir nəticə verməyəcək”
Milli Şuranın 19 yanvar mitinqi
Mehman Hüseynovun prezidentə müraciət etdiyi bildirilir
Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tövsiyə verib
Mehman Hüseynovla bağlı dinləmə keçirilib
Mehman Hüseynovun cinayət işi xətm olundu
Aclıq edən məhbuslardan nə xəbər?
Azadlıqdakı aclıq dayandırıldı
Məhbuslar aclığı dayandırıblar
Mehman Hüseynov səbirsizliklə gözləyir