Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi yeni işsizlik hesabatı yayıb.
Novator.az xəbər verir ki, hesabata əsasən, ölkədə ən çox işsizlik İnquşetiya Respublikasındadır: 8,7%.
İkinci yerdə 8%-lik işsizlik səviyyəsi ilə Çeçen Respublikası, üçüncü yerdə Tıva Respublikası (3,9%) gəlir.
İşsizliyin yüksək olduğu digər bölgələr Amur vilayəti (2,4%), Nenetsk Muxtar Mahalı (2,3%), Şimali Osetiya Respublikası, Altay Respublikası və Çukot Muxtar Mahalıdır (hər birində 2,2%).
Hesabata əsasən, işsizliyin aşağı səviyyədə olduğu bölgələr siyahısında Kaluqa, Lipetsk, Nijeqorod, Ulyanovsk, Moskva, Sankt-Peterburq şəhərlərinin və Xantı-Mansı Muxtar Mahalının (hər birində 0,4%) adları var.
Leninqrad vilayəti də işsizliyin aşağı olduğu bölgədir (0,3%).
2018-ci ildə Rusiyada 1,4 milyon insan işsiz kimi qeydiyyata alınıb.
Səidə Hüseynova