Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti üstünlük təşkil edəcək.
Orta aylıq temperatur proqnozu belədir:
Bakıda və Abşeron yarımadasında 6-8 dərəcə isti (gecələr 4-9, gündüzlər 8-13, bəzi günlərdə 15-18 dərəcə isti);
Naxçıvan Muxtar Respublikasında 4-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-5, dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21 dərəcə isti);
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəydə 0-4 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 5-9, bəzi günlərdə 11-16 dərəcə isti);
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayılda 5-8 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti);
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmazda 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 15-19 dərəcə isti);
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 7-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 9-14, bəzi günlərdə 18-23 dərəcə isti);
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada 4-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 14-19 dərəcə isti).