İqtisadçı Rövşən Ağayev idxalın vergi yükünü azaltmağa çağırır. Novator.az bildirir ki, iqtisadçı rəsmi statistikaya istinadla Azərbaycanda pərakəndə ticarət dövriyyəsi üzrə əmtəələrin təxminən 40 faizinin idxal hesabına formalaşdığını yazır: “Müstəqil ekspertlər reallıqda gündəlik tələbat malları (qidadan tutmuş geyimə və məişət əşyalarınadək) üzrə idxaldan asılılığın daha yüksək olduğuna inanır.
Hökumət pensiya, minimum əməkhaqqı artımının ardınca sosial müavinətlərin də artımını əhatə edən sosial paket açıqlayıb. İdxaldan asılılığın çox yüksək olması, üstəlik, milli valyutanın kəskin dəyər itirməsi nəticəsində idxalın bahalaşması, daxili tələbatı qarşılayacaq yerli istehsal potensialının yoxluğu əməkhaqqı artımı nəticəsində təklif inflyasiyasının, pul kütləsinin artımı nəticəsində isə tələb inflyasiyasının aktivləşməsi riskini yaradır.
Çıxış yolu idxaldan kəskin asılılığımız olan əsas gündəlik malların istehsalının mümkün bazar tələbini qarşılaması üçün tədbirlər görmək, mümkün olmadığı halda fiskal maraqlardan imtina edib idxal asılılığımız 30 faizi ötən ən mühüm istehlak mallarının idxal vergi yükünü minimuma endirmək, hətta yerli istehsala zərbə vurmaq riski aşağı olduğu halda həmin vergiləri ləğv etməkdir”.
11 min manat ödənişi: prezident daha bir fərman imzalayıb
Pensiyanın artım faizi bilindi