• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsi Azərbaycanı 24 min avro cərimələyib

  • 22 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 21-də “Məmmədov və digərləri Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb.

“Turan” xəbər verir ki, bu iş üzrə şikayətin ilk müəllifi “Tolışi sədo” qəzetinin baş redaktoru, Talış Mədəniyyət Mərkəzinin rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri vəzifələrində çalışan Novruzəli Məmmədov olub. Şikayətində Novruzəli Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv edilib) əməkdaşlarının ona işgəncə verdiyini iddia edib.

Novruzəli Məmmədov 2007-ci ilin fevralında tutulub, 2008-ci il iyunun 24-də dövlətə xəyanətdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il avqustun 17-də o, Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi onun baş-beyin işemik infarktından öldüyünü açıqlayıb. Həmin vaxt Novruzəli Məmmədovun 68 yaşı olub.

Bakının Nizami Rayon Prokurorluğu ölüm faktı ilə bağlı araşdırma apararaq cinayət tərkibi olmadığı qərarına gəlib. Bundan sonra mərhumun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov Avropa Məhkəməsinə yeni şikayət veriblər.

37 yaşlı Emil Məmmədov 2011-ci il aprelin 15-də Rusiya paytaxtı Moskvada qəflətən dünyasını dəyişib.

Emil Novruzəli Məmmədovun ikinci – axırıncı övladı olub. Novruzəli Məmmədovun böyük oğlu Kamran Məmmədov da atası həbsdə olan vaxt dünyasını dəyişib. Kamran Məmmədov 36 yaşında, 2007-ci il sentyabrın 8-də Bakıda qəflətən vəfat edib.

Emilin ölümündən sonra məhkəmə şikayətlərini Məryəm Məmmədova davam etdirib.

2019-cu il fevralın 21-də qərar çıxaran Avropa Məhkəməsi Novruzəli Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan edilməsi), 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrində zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb. Məhkəmə qərarına görə, Azərbaycan dövləti mərhumun həyat yoldaşı Məryəm Məmmədovaya 24 min avro təzminat ödəməlidir.

Məzənnə yenilikləri

  • 22 Fevral 2019
  • comments

Neftin 22 fevral qiymətləri

  • 22 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda