• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatçı gəncin işi: zərərçəkmiş iddiasından imtina etdi

  • 21 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Nikoyl” İnvestisiya Kommersiya Bankı zərərçəkmiş kimi tanındığı məhkəmə işində mülki iddiasından imtina edib, məhkəməyə təqsirləndirilən şəxslərdən şikayətçi, onlardan tələbinin olmadığı barədə ərizə göndərib.

“Nikoyl” bankının zərərçəkmiş kimi tanındığı işdə təqsirləndirilən şəxslər Müsavatçı Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli, onun əmisi oğlu Asif Sadıqov və vaxtilə “Nikoyl” bankının Qaradağ filialının hüquqşünası olmuş Kamran Abbasovdur.

İstintaq 2018-ci ilin noyabrında Əbülfəz Sadıqbəyli barəsində həbs qətimkan tədbiri seçib. Asif Sadıqov və Kamran Abbasov isə azadlıqdadırlar.

Qaradağ Rayon Məhkəməsi işi dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı ilə aparır. İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı pulun ödənməsi barədə bankın Qaradağ filialından saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Müsavat Partiyası iddia edir ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə təqib olunur.

Fevralın 19-da “Nikoyl” bankından Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Hüseynova göndərilən məktubda deyilir ki, banka vurulmuş 6251 ABŞ dolları məbləğində maddi ziyan tam ödənib və bankın təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası və tələbi yoxdur. Bu səbəbdən də bank təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını qeyd edib.

İctimai iaşə və ödənişli xidmətlər hesabatı

  • 21 Fevral 2019
  • comments

18 jurnalistin ölkədən çıxışına qadağa var

  • 21 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda