• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinq müzakirəsi aparılacaq

  • 21 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının və AXCP-nin rəhbərliyi fevralın 21-də mitinq müzakirəsi aparmaq üçün toplaşacaq.

Fevralın 20-də Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə mənfi cavab verib. Əsas tələbləri siyasi məhbusların azad edilməsi, sosial ədalət və demokratik islahatlar olan aksiyanı fevralın 23-ü saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək nəzərdə tutulurdu.

Novator.az-ın məlumatına görə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli 23 fevral mitinqinə razılıq verilməməsini hakimiyyətin çəkingənliyi ilə əsaslandırıb: “19 yanvar mitinqindən bir ay keçsə də, bunların qorxuları keçməyib. Monitorinq etdilər və əmin oldular ki, 23 fevral mitinqi 19 yanvar mitinqindən də kütləvi olacaq. Nə təşkilatçıların həbsi, nə mitinq iştirakçılarına edilən 20 mindən artıq polis zəngi, nə də yaradılan digər maneələr xalqımızı durdura biləcək. Ona görə də qorxduqlarını etiraf etdilər.

Ancaq nə qədər belə davam edə bilər? Azərbaycan xalqı sərbəst toplaşmaq haqqından əbədi imtina edəsi deyil ki! Fevralın 21-də Milli Şura və AXCP rəhbərliyi yaranmış vəziyyəti və sonrakı addımları müzakirə etmək üçün təcili toplanacaq”.

2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli ilə yanaşı onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.

Milli Şuranın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu aksiyası yanvarın 19-da keçirilib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-sı eyni yerdə keçirmək istədiyi aksiyaya razılıq verməyib. Meriya bildirib ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai asayiş pozulub, eyni zamanda qurumun üzvləri yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarət zamanı qanun pozuntularına yol veriblər.

23 fevral aksiyasına da eyni motivlərlə qırmızı işıq yandırılıb.

Həmsədrlər Bakıda

  • 21 Fevral 2019
  • comments

Türkiyə: seçimə hansı qüvvələr gedir?

  • 21 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda