• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yalçın İmanovun işi yekun qərara gedir

  • 15 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə qərarı fevralın 22-də verə bilər.

Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub. Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Ötən il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas olmadığını bildirən Yalçın İmanov Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddia verib, ancaq iddia icraata götürülməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.

Fevralın 14-ü Gəncə İnzibati-İqtisadi Məhkəməsi ötən ildən yarımçıq qalmış prosesi davam etdirməyə başlayıb. Novator.az-ın məlumatına görə, prosesdə danışan Vəkillər Kollegiyasının nümayəndəsi Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün qərar çıxarılmasında israr edib.

Yalçın İmanov prosesdə 7 vəsatət qaldırıb. Hüquqşünas Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının indiyə qədər ona təqdim olunmadığını bildirib və qərarın surətinin Vəkillər Kollegiyasından tələb edilməsini istəyib.

Başqa bir vəsatətində Yalçın İmanov qeyd edib ki, Rəyasət Heyəti onunla bağlı qərar qəbul etməzdən qabaq Vəkillərin İntizam Komissiyasının verdiyi rəyi dəyişdirib. Onun sözlərinə görə, İntizam Komissiyası rəyi 2017-ci il sentyabrın 9-da verib: “Sentyabrın 19-da komissiyanın mənim iştirakımla keçirilən iclasında rəy elan olundu. Rəydə bildirilirdi ki, vəkilin intizam pozuntusuna yol verdiyi müəyyən edilməyib. Lakin həmin rəy sonradan dəyişdirilib və məhkəməyə intizam pozuntusuna yol verdiyim barədə rəy təqdim edilib”.

Yalçın İmanov əlavə edib ki, İntizam Komissiyası 9 sentyabr rəyinə əlavə yazıb: “2017-ci il sentyabrın 20-də yazılmış həmin əlavədə bildirilir ki, Vəkillərin İntizam Komissiyasının 19 sentyabr 2017-ci ildə keçirilmiş iclasında qeyd edilən layihə vəkil Yalçın İmanovun iştirakı ilə müzakirə edilib, rəy layihəsinin nəticə hissəsi intizam işinin materiallarına uyğun olmadığı üçün layihədən çıxarılıb, buna əsasən müvafiq dəyişiklik edilərək rəy tərtib olunub və təsdiqlənib”.

İntizam Komissiyasının rəyə yazdığı əlavəni qanunsuzluq kimi qiymətləndirən Yalçın İmanov komissiyanın 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş variantının Vəkillər Kollegiyasından tələb olunmasını və məsələnin məhkəmə qaydasında araşdırılmasını istəyib, eyni zamanda rəyi dəyişdirənlər barədə xüsusi qərardad çıxarılmasını xahiş edib.

Yalçın İmanov eyni zamanda onun intizam işinə baxılarkən İntizam Komissiyasının üzvü olmuş şəxslərin məhkəməyə çağırılaraq şahid qismində dindirilməsini, 20 noyabr 2017-ci il iclasının tam stenoqramının işin materiallarına əlavə olunmasını istəyib və bu kimi başqa vəsatətlər qaldırıb.

Vəsatətlərin heç biri təmin edilməyib. İş üzrə yekun qərarın fevralın 22-də çıxarılacağı bəyan olunub.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Hüquqşünasın işi yeni mərhələdə

İradəsiz kollegiya?

Yalçın İmanov prosesi təyin olunub

Yalçın İmanovun şikayətinə bu ay baxılacaq

Yalçın İmanovun şikayəti təmin olunmadı

Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq

Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

Yalçın İmanov: çəkişmələr davam edir

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı

Gürcüstanın ixracı 7,2% artıb

  • 15 Fevral 2019
  • comments

Neftin qiymətində yüksəliş

  • 15 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda