• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ Komitəsində fikir ayrılığı

  • 14 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Sabiq daxili işlər naziri İsgəndər Həmidov Qarabağ Komitəsindən, müharibə veteranı İlham İsmayıl isə qurumun İdarə Heyətindən istefa verib.

Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində fevralın 13-dək İsgəndər Həmidov və İlham İsmayılla yanaşı Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev də təmsil olunublar.

2018-ci il sentyabrın 29-da Qarabağ Komitəsi paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə və bu il fevralın 16-na təyin etdiyi mitinqlərə razılıq verməyib.

16 fevral aksiyasında “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Təslimçi sülhə yox!”, “Qarabağda antiterror əməliyyatının başlanmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarlarının səsləndiriləcəyi qeyd olunmuşdu.

Novator.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin imtina məktubunda bildirilib ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Qarabağ Komitəsinin 13 fevral iclasında qurumun bəzi üzvləri icazəsiz aksiya keçirilməsi təklifi verib, amma təklif dəstək qazanmayıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında Qarabağ Komitəsini hakimiyyətin göstərişlərini yerinə yetirməkdə günahlandırıb və qurumdan buna görə ayrıldığını bəyan edib. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da komitəni bu motivlərlə tərk etdiyini açıqlayıb.

Moderator.az-a danışan İlham İsmayıl deyib ki, Qarabağ Komitəsinin 13 fevral yığıncağı bir qədər gərginliklə müşahidə olunub: “Burada Bakı Şəhər İcra Hakimiyyətinin komitənin mitinqlə əlaqədar müraciətinə mənfi cavab verməsi də rol oynadı. İcazədən asılı olmayaraq mitinqin keçirilməsi barədə müəyyən fikir ayrılıqları mübahisə yaratdı”.

İlham İsmayıl İdarə Heyətindən istefasını qurumun üzvlərindən biri ilə fikir ayrılığının dərinləşməsi ilə əsaslandırıb.

Laridə yüksəliş

  • 14 Fevral 2019
  • comments

Minimum təkliflər

  • 14 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda