• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Növbəti mitinq problemli kreditlərə həsr ediləcək

  • 13 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli “Turan” agentliyinin “Çətin sual” proqramına müsahibəsində 19 yanvar aksiyasının ölkənin ictimai-siyasi həyatına böyük təsir göstərdiyini vurğulayıb: “Bu, son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli aksiya oldu. Mitinq o demək deyil ki, hamı meydanda olmalıdır. Xalqın siyasi cəhətdən fəal hissəsinin ortada olması xalqın əzminin və iradəsinin ortada olması deməkdir. Ona görə də 19 yanvar mitinqinin effekti böyük oldu. Hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə, hansı böhrana, hansı vəziyyətə gətirib çıxarıb.

Azərbaycan hakimiyyətində belə təsəvvürlər vardı ki, vətəndaş cəmiyyətini şumlayıb, cəmiyyəti diz çökdürüb, xalqı əzib və onun siyasətinə xalqın yox demək imkanı artıq aradan qaldırılıb. Mitinq hakimiyyət üçün şok effekti verdi, xalqın gücünü göstərdi.

Üç ay küçələrdə fırlanan şəhid ailələrinə münasibətdə nələr baş verdi? Minimum əməkhaqqının artırılması ilə bağlı nələr baş verdi? İndi ölkə prezidenti hətta Şamaxıda dağılan bir neçə evdə vətəndaşları ziyarət edir. Onları yoxlamağı özünə borc bilir. 19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi. Həmin aksiyanın ən böyük əhəmiyyəti bundadır”.

Cəmil Həsənli deyib ki, Milli Şura mitinqləri davam etdirəcək və hakimiyyət aksiyalara icazə verməyə məcbur olacaq. Onun sözlərinə görə, növbəti mitinq problemli kreditlər mövzusuna həsr ediləcək.

Milli Şuranın 19 yanvar aksiyası Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-sı eyni yerdə keçirmək istədiyi aksiyaya razılıq verməyib. Meriya bildirib ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai asayiş pozulub. Eyni zamanda Milli Şuranın üzvləri yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarət zamanı bir sıra qanun pozuntusuna yol veriblər. Bunları əsas gətirərək meriya 26 yanvar mitinqinin keçirilməsini məqsədəuyğun hesab etməyib.

2013-cü ildə yaradılmış Milli Şuranın öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları var.

Mövzu ilə əlaqədar bax:

Milli Şuranın 19 yanvar mitinqi

Mehman Hüseynovun cinayət işi xətm olundu

Mitinqə niyə icazə verilmədi?

11 min manat ödənişi: prezident daha bir fərman imzalayıb

Minimum əməkhaqqı artırılır

Mərkəzi Bankın kredit və əmanət hesabatları

“Demokratik rejim bərqərar olanadək mübarizəmi dav...

  • 13 Fevral 2019
  • comments

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün s...

  • 13 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda