Ermənistanın əsas ticarət tərəfdaşlarının siyahısı açıqlanıb. Novator.az-ın məlumatına görə, həm ixrac, həm də idxalda ilk yeri Rusiya tutur. 2018-ci ildə Ermənistandan Rusiyaya 667 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub, Rusiyadan 1 milyard 394 milyon dollar dəyərində mal alınıb.
Ermənistanın digər əsas xarici ticarət tərəfdaşları Çin (107 milyon dollarlıq ixrac, 383 milyon dollarlıq idxal), Gürcüstan ( 69 milyon dollarlıq ixrac, 372 milyon dollarlıq idxal), İran (94 milyon dollarlıq ixrac, 267 milyon dollarlıq idxal) və Almaniyadır (136 milyon dollarlıq ixrac, 256 milyon dollarlıq idxal).
Əsas xarici ticarət tərəfdaşları arasında Türkiyə də yer alır. 2018-ci ildə Ermənistandan Türkiyəyə 3 milyon dollarlıq məhsul ixrac edilib, idxalın dəyəri isə 162 milyon dollara bərabər olub.
Ermənistanın digər xarici ticarət tərəfdaşları sırasında Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, İtaliya, Ukrayna, İsveçrə, Niderland, Fransa, Belçika və başqaları göstərilir.
2018-ci ildə Ermənistanın ümumi ixracı 2,4 milyard dollar, idxalı 4,9 milyard dollar olub.