• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Demokratik rejim bərqərar olanadək mübarizəmi davam etdirəcəm”

  • 13 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Fevralın 13-də azadlığa çıxan Məmməd İbrahim “Amerikanın səsi”nə müsahibəsində deyib ki, siyasi fəaliyyətini AXCP sıralarında davam etdirəcək.

Məmməd İbrahim AXCP sədrinin müşaviridir. O, 2015-ci ilin sentyabrında həbs edilib, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham olunub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunan Məmməd İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.

2019-cu il yanvarın 10-u Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib. Fevralın 13-ü Bakı Apellyasiya Məhkəməsi həmin hökmdən verilən şikayətə baxıb. Müdafiə tərəfi bəraət istəyib. Amma şikayət qismən təmin olunub, Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq faktiki həbsdə yatdığı müddətlə əvəzlənib və o, həbsdən azad olunub.

“Amerikanın səsi”nə müsahibəsində Məmməd İbrahim deyib: “Azərbaycanda demokratik rejim bərqərar olanadək müxalifət sıralarında mübarizəmi davam etdirəcəm. Bundan sonra siyasi məhbusların azadlığı uğrunda daha fəal mübarizə aparacam”.

“İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz ...

  • 13 Fevral 2019
  • comments

Növbəti mitinq problemli kreditlərə həsr ediləcək

  • 13 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda