• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ mitinqinə niyə yox deyilir?

  • 12 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-na təyin etdiyi mitinqin keçirilməsinə razılaşmayıb. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyini bəyan etmişdi. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Təslimçi sülhə yox!”, “Qarabağda antiterror əməliyyatının başlanmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarlarının səsləndiriləcəyi qeyd olunmuşdu.

Novator.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin fevralın 12-də açıqlanan imtina məktubunda bildirilir ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətinə Pənah Hüseyn, İsgəndər Həmidov, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Akif Nağı, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev daxildir.

2018-ci il sentyabrın 29-da Qarabağ Komitəsi İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin noyabrın 24-nə və dekabrın 15-nə təyin etdiyi mitinqlərə razılıq verməyib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Yoxlamaları dayandıran qanunda dəyişiklik

  • 12 Fevral 2019
  • comments

Kütləvi aksiya hansı motivlərlə qadağan oluna bilə...

  • 12 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda