• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan yenə danışıq formatını təftiş edir

  • 12 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 12 fevral iclasında hökumətin proqramını təqdim edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir yenə danışıqların formatı məsələsini qaldırıb. O deyib ki, Ermənistan Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa iştirakının tərəfdarıdır. Baş nazir danışıqlarda Ermənistanı təmsil etdiyini, Dağlıq Qarabağın öz hakimiyyəti olduğunu vurğulayıb.

Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinə nəzər salan baş nazir deyib: “Azərbaycan hakimiyyəti bildirir ki, Dağlıq Qarabağ təmsilçilərinin danışıqlara cəlb olunması tələbi irəli sürülürsə, onda bölgənin azərbaycanlı icması da danışıqlarda iştirak etməlidir. Bu mövqenin ciddi aydınlaşdırılmasına ehtiyac var. Məsələ bundadır ki, Dağlıq Qarabağın azərbaycanlı icması hər vaxt danışıqlarda iştirakçıdır. Azərbaycanlı icması ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edir. Azərbaycan prezidentinin və parlamentinin bu adamların adından danışıq aparmaq mandatı var”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində danışıqlar aparıb.

Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Paşinyan Qarabağda

Yerevanın yeni şərti var

Rəsmi Bakının Paşinyana cavabı

Həmsədrlərlə ilk görüş

Paşinyan oğlunun işğal bölgəsində xidmətinə sülh rəngi verir

Paşinyan ətraf rayonları da Dağlıq Qarabağ sayır

İlham Əliyev Paşinyanı ittiham etdi

Nikol Paşinyan cəbhə xəttinə baş çəkib

“Ermənistanın baş naziri siyasətçi adına parodiyadır”

Köçəryan: “Hər bir ehtiyatsız ifadə gərginliyi artırır”

Paşinyan BMT tribunasında

Paşinyana cavab gəldi

BMT-də Paşinyana cavab verilib

Paşinyan Azərbaycan prezidenti ilə söhbətləşdiyini bəyan edib

Ermənistanla razılaşma, nazirdən tapşırıqlar

“Atəşkəs rejiminə ehtiyac da qalmaz”

Ermənistan Dağlıq Qarabağ rejimini atəşkəsə çağırır

“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”

Bolton Ermənistana Qarabağ məsləhəti verdi

Vasitəçilər cəbhə xəttini yoxlayacaq

Paşinyan məzuniyyətini Qarabağda keçirib

Prezident: “Ermənistan həyatın girdabındadır”

Davosda qeyri-rəsmi görüş

4+54 (Qarabağ görüşləri)

Paşinyan: “Gizli razılaşmadan söhbət gedə bilməz”

Qeyri-rəsmi görüşün rəsmi şərhi

Vaşinqtondan zəng

Paşinyan meydan oxuyur

“Yumşaq danış, amma sərt dəyənəyin olsun”

 

2018-in yanğın statistikası

  • 12 Fevral 2019
  • comments

Bələdiyyələr üzrə illik məruzə

  • 12 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda