• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı sammitinin təşkilat komitəsi

  • 12 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-sı Bakıda keçiriləcək zirvə görüşünə hazırlıq üçün təşkilat komitəsi yaradılıb. Prezident Administrasiyası rəhbərinin sədrlik etdiyi komitədə xarici işlər naziri, daxili işlər naziri, fövqəladə hallar naziri, gənclər və idman naziri, iqtisadiyyat naziri, maliyyə naziri, mədəniyyət naziri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, təhsil naziri, prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, prezidentin işlər müdiri, prezidentin mətbuat katibi, prezidentin protokol xidmətinin rəisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Dövlət Gömrük Komitəsinin sədri, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, Dövlət Miqrasiya Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Turizm Agentliyinin sədri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri, Dövlət Reklam Agentliyinin direktoru yer alır.

Dövlət başçısı İlham Əliyevin fevralın 11-də imzaladığı sərəncama əsasən, təşkilat komitəsi işçi qrup yaradaraq bir ay müddətində tədbirlər planı, Prezident Administrasiyası isə ölkənin Qoşulmama Hərəkatına sədrliyi müddətində görüləcək işlərlə bağlı təkliflər hazırlamalıdır.

Azərbaycanın 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı 120 dövləti bir araya gətirir. Qurumun əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir.

2016-cı ilin sentyabrında keçirilən zirvə görüşündə növbəti sammitin Bakıda təşkil olunması, 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi qərara alınıb.

Kurs hayanadır?

  • 12 Fevral 2019
  • comments

Müsavatçının məhkəməsi: vəsatət təmin olunmadı

  • 12 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda