• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus gənc şikayətçidir

  • 07 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Məhbus Qiyas İbrahimov saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən şikayətçidir.

Onun anası Şura Əmiraslanova “Turan” agentliyinə deyib ki, müəssisədə dustaqların yatağına, əşyalarına baxış keçirilib: “Çarpayısının səliqəsiz olması arqumenti ilə Qiyası və daha altı məhbusu saatlarla ayaq üstdə saxlayıblar”.

Şura Əmiraslanova iddia edir ki, burada məqsəd Qiyasla digər məhbuslar arasında narazılıq yaratmaq olub. O, cəzaçəkmə müəssisəsi rəhbərliyinin Qiyas İbrahimova töhmət verdiyini də qeyd edib.

Şura Əmiraslanova hesab edir ki, Qiyasa qarşı təzyiq iki gün əvvəl onun Meydan.tv-də dərc edilmiş məqaləsi ilə əlaqədardır.

Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarla bağlı iddiaları qəbul etmir.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bir neçə dəfə bəyan edib ki, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə münasibətlər qanunvericiliyə əməl edilməklə daxili intizam qaydalarna uyğun nizamlanır: “Məhbuslara qarşı işgəncə və qeyri-insani rəftardan isə söhbət belə gedə bilməz. Məhbuslar bu hallarla rastlaşsalar Penitensiar Xidmətə və ya məhkəmələrə müraciət edə bilərlər”.

Gənc fəal Qiyas İbrahimov 2016-cı il mayın 10-dan həbsdədir. Həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

Həbsdə olduğu vaxt – 2017-ci ildə Qiyas İbrahimova, eyni zamanda atası Həsən İbrahimova məhkəməyə hörmətsizlik ittihamı ilə yeni cinayət işi açılıb. Həmin ilin dekabrında Yasamal Rayon Məhkəməsi Qiyas İbrahimovun cəzasını 3 ay artırıb. Həsən İbrahimov isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib.

Baş nazir öz qərarından imtina etdi

  • 07 Fevral 2019
  • comments

55 partiyadan 3-ü hesabat verib

  • 07 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda