• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda titrəyişlər

  • 06 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycanda silkələnmələr olub. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-i saat 23:19-da Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss edilib.

Saat 23:37-də Ağsu ərazisində 3,4 bal gücündə başqa bir zəlzələ baş verib. Episentrdə 3 bala qədər hiss olunan zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti bildirir ki, saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar hiss edilib.

İsmayıllı rayonu ərazisində saat 23:20 və 23:32-də iki yeraltı təkan qeydə alınıb. 5,1 ballıq zəlzələnin episentri Basqal kəndindən 5 kilometr şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bala çatıb. Zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. Birinci təkan qısamüddətli, ikinci təkan nisbətən uzunmüddətli olub.

Fevralın 6-da İsmayıllı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:34-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb. Saat 04:25-də İsmayıllı ərazisində 3,9 bal gücündə daha bir zəlzələ olub.

İsmayıllı Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, Sulut, Kələveyvə və Sərsurə kəndlərində əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb.

Səhiyyə Nazirliyindən Report.az-a bildirilib ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb: “Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımı yardım göstərilib.

Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir cavan adamın həyəcandan dili tutulub. Həmin şəxs yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Həyəcandan beyninə qan sızan 58 yaşlı bir şəxs reanimasiya şöbəsində müalicə alır”.

Büdcədən ayırmalar

  • 06 Fevral 2019
  • comments

Manat dollar aparır

  • 06 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda