• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tibbi sığorta qanunu yeniləndi

  • 01 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeniliyə görə, tibbi xidmət və dərman yardımı alınmasına təminat verən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta onun öz maliyyə mənbələri hesabına tibbi yardımı, könüllü tibbi sığorta əlavə tibbi xidmət və dərman yardımı alınmasını təmin edir.

Ötən il dekabrın 20-də dövlət başçısı icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. Novator.az bildirir ki, sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan bir çox tibb müəssisəsi 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə veriləcək.

TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi baza hissəsi və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənəcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürənin hesabladığı əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunanın – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

Cəhənnəmdən keçmiş mələk (107)

  • 01 Fevral 2019
  • comments

Fevralın qəbul cədvəli

  • 01 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda