• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan meydan oxuyur

  • 01 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Almaniyaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-i Kölndə erməni icmasının nümayəndələri ilə görüşüb. Novator.az-ın məlumatına görə, diaspor təmsilçiləri ilə söhbətində Dağlıq Qarabağ münaqişəsinə toxunan Nikol Paşinyan güzəştlər barədə suala öncə Azərbaycanın cavab verməli olduğunu deyib: “Azərbaycan güzəştlərə hazır olub-olmadığını bəyan etməyənə qədər Ermənistan bu barədə suala cavab verməyəcək. Anlamıram niyə Qarabağ münaqişəsinin nizamlanmasında güzəştlər məsələsini hər vaxt Ermənistandan soruşurlar. Kim deyir ki, Ermənistan bu məsələdə mövqeyini birinci açıqlamağa borcludur? Niyə heç kim Azərbaycandan qarşılıqlı güzəştlərə hazır olub-olmadığını soruşmur?”

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində danışıqlar aparıb.

Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Bir ayda “AzəriLayt” 6,5 dollar bahalaşıb

  • 01 Fevral 2019
  • comments

“Bizim yol”un çapı dayandı

  • 01 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ-da sorğu: Tramp müdrik qərarlar verə bilərmi?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Demoqrafik göstəricilər

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda