• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yalçın İmanov: çəkişmələr davam edir

  • 31 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hüquqşünas Yalçın İmanovun şikayəti üzrə proses fevralın 13-də davam edəcək.

Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi istəyi ilə üz tutub. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Ötən il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. İlkin baxış zamanı Yalçın İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin olunmayıb, həmçinin Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.

Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib. Məhkəmələr onun Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edib, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. O, vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas olmadığını bildirir.

Novator.az-a danışan Yalçın İmanov deyib ki, yanvarın 22-si Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində keçirilən hazırlıq iclasında bir neçə vəsatət qaldırıb: “Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənimlə bağlı qərar qəbul etməzdən qabaq Vəkillərin İntizam Komissiyasının verdiyi rəyi dəyişdirib. İntizam Komissiyası mənimlə bağlı rəyi 2017-ci il sentyabrın 9-da verib. Sentyabrın 19-da komissiyanın mənim iştirakımla keçirilən iclasında rəy elan olundu. Rəydə bildirilirdi ki, vəkilin intizam pozuntusuna yol verdiyi müəyyən edilməyib. Lakin ötən il Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı aydın oldu ki, həmin rəy sonradan dəyişdirilib və məhkəməyə intizam pozuntusuna yol verdiyim barədə rəy təqdim edilib.

Kollegiyanın təmsilçisi məhkəmədə iddia etdi ki, sentyabrın 9-da yazılmış rəy ilkin rəy olub və sonradan dəyişdirilib. Rəyasət Heyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə edilən sənədlərdə isə rəyin dəyişdirilməsi 9 sentyabr tarixli rəyin “rəy layihəsi” olması kimi əsaslandırılıb. Halbuki Vəkillərin İntizam Komissiyasının əsasnaməsində “rəy layihəsi” deyilən bir sənəd forması yoxdur. Vəkilə elan olunan sənəd “rəy layihəsi” yox, rəy adlanır. Ancaq məsələ belə qələmə verilib ki, sentyabrın 9-da yazılan, həmin ayın 19-da mənə elan edilən rəy yox, rəy layihəsi imiş.

Mən bunu qanunsuzluq, saxtakarlıq kimi qiymətləndirirəm. Sentyabrın 19-da mənə layihə yox, rəy elan edilib. İkincisi, bu, rəy yox, layihə olubsa, onda nə üçün İntizam Komissiyasının məhkəməyə fərqli məzmunda təqdim olunan rəyi də 9 sentyabrda imzalanıb?

Gəncədəki ilkin baxış zamanı İntizam Komissiyasının 9 sentyabr rəyinə əlavə yazdığı üzə çıxdı. 2017-ci il sentyabrın 20-də yazılmış həmin əlavədə bildirilir ki, Vəkillərin İntizam Komissiyasının 19 sentyabr 2017-ci ildə keçirilmiş iclasında qeyd edilən layihə vəkil Yalçın İmanovun iştirakı ilə müzakirə edilib, rəy layihəsinin nəticə hissəsi intizam işinin materiallarına uyğun olmadığı üçün layihədən çıxarılıb, buna əsasən müvafiq dəyişiklik edilərək rəy tərtib olunub və təsdiqlənib. İntizam Komissiyasının rəyə yazdığı əlavə bu saxtakarlıq aksiyasının rəsmi sübutudur.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində sentyabrın 22-si keçirilən hazırlıq iclasında vəsatət qaldıraraq İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş variantının Vəkillər Kollegiyasından tələb olunmasını və məsələnin məhkəmə qaydasında araşdırılmasını istədim. Ancaq vəsatət təmin olunmadı”.

Yalçın İmanovun sözlərinə görə, başqa bir vəsatətində Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının protokolunun və qərarının indiyə qədər ona təqdim olunmadığını bildirib: “Hakim iclasın protokolunun və qərarın surətlərinin təqdim olunması istəyimi təmin etdi. Vəkillər Kollegiyası təmsilçisinin boynuna fevralın 13-də keçiriləcək prosesdə həmin sənədləri təqdim etmək öhdəliyi qoyuldu.

Məhkəmə çəkişmələri davam etdiyi müddətdə vəkillik fəaliyyətimin dayandırılması haqda qərarın icrasına son vermək barədə ərizə də təqdim etdim. Hakim hələlik bu istəyimə münasibət bildirməyib”.

Yalçın İmanov məhkəməyə məhbus Abbas Hüseynovun ona vaxtilə yazdığı müraciəti də təqdim edib: “Həmin müraciətində Abbas Hüseynov Qobustan həbsxanasında işgəncə məruz qaldığını yazır. Abbas Hüseynovun mənə müraciətinin iş materiallarına əlavə olunacağı bildirildi”.

Gəncə İnzibati-İqtisadi Məhkəməsində ötən ilin fevralında dayanmış proses isə Sumqayıtdakı prosesdən bir gün sonra – fevralın 14-də davam edəcək.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Yalçın İmanov prosesi Gəncədə olacaq

Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?

Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Hüquqşünasın işi yeni mərhələdə

İradəsiz kollegiya?

Yalçın İmanov prosesi təyin olunub

Yalçın İmanovun şikayətinə bu ay baxılacaq

Yalçın İmanovun şikayəti təmin olunmadı

Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq

Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi

Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi

Bir ayın məzənnələri

  • 31 Yanvar 2019
  • comments

Ön xətdə mükafat 

  • 31 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda