• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynada 26-lar

  • 31 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ukrayna Mərkəzi Seçki Komissiyasının 30 yanvar iclasında daha üç nəfərin prezidentliyə namizədliyi rəsmiləşib. Qeydiyyat baryerini İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenski aşıb.

Novator.az-ın məlumatına görə, bununla dövlət başçısı postuna rəsmi iddiaçıların sayı 26-ya çatıb. Martın 31-də keçiriləcək prezident seçkisinə daha əvvəl bu şəxslər buraxılıb: İqor Şevçenko, Andrey Sadovıy, Valentin Nalivayçenko, Sergey Kaplin, Vitali Skotsik, Anatoli Qritsenko, Yevgeni Murayev, Vitali Kupriy, Olqa Boqomolets, Aleksandr Şevçenko, Gennadi Balaşov, Roman Nəsirov, Yuri Boyko, Yuliya Timoşenko, Oleq Lyaşko, Aleksandr Moroz, Aleksandr Vilkul, Dmitri Dobrodomov, Arkadi Kornatski, Ruslan Koşulinski, Aleksandr Danilyuk, İlya Kiva, Sergey Taruta.

35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan və dövlət dilini bilən ölkə vətəndaşları prezidentliyə namizəd ola bilər. Prezidentliyə iddiaçılar 2,5 milyon qrivna girov qoymalıdır. Prezident seçilə və ya ikinci tura çıxa bilməyən şəxsin seçki girovu dövlət büdcəsinə köçürülür.

Prezident Pyotr Poroşenko da 31 mart seçkisinə qatılacaq. O, 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.

1965-ci il sentyabrın 26-da Odessa vilayətində doğulan Pyotr Poroşenko 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 1992-ci ildə həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.

1993-cü ildən “Ukrprominvest” konserninin baş direktoru, 2002-ci ildən Ukrayna Milli Bankı Şurasının sədr müavini, 2007-ci ildən sədri olub.

2005-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.

1998, 2002, 2006 və 2012-ci illərin parlament seçkilərində deputat mandatı alıb.

Cəbhə bölgəsinə reyd

  • 31 Yanvar 2019
  • comments

Valyutalar yanvarı necə yola salır?

  • 31 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda