• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Hüseynov səbirsizliklə gözləyir

  • 31 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Yanvarın 30-da ailə üzvləri Bakı İstintaq Təcridxanasında bloqçu Mehman Hüseynovla görüşüblər.

Bu, Mehmana qarşı yeni cinayət işinə xitam veriləndən sonra yaxınlarının onunla ilk görüşüdür.

Məhbus bloçunun mühacirətdə olan qardaşı Emin Hüseynov “Turan”a deyib ki, Mehmanın səhhəti qaydasına düşür, o, azadlığa çıxacağı günü səbirsizliklə gözləyir.

Qardaşının sözlərinə görə, Mehman azadlığa çıxandan sonra səhhətini tam bərpa etmək və gündəlik işinə başlamaq niyyətindədir.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da Mehman Hüseynova Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar məhbus bloqçu dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Müdafiəçiləri deyirlər ki, Mehman Hüseynov həmin il dekabrın 26-da quru aclığa başlayıb, sonradan bir neçə gün aksiyanı qismən qida qəbul etməklə davam etdirib və bütün bunlar onun səhhətinə mənfi təsir göstərib. Penitensiar Xidmət bloqçunun aclıq aksiyası keçirdiyini təkzib edib.

2019-cu il yanvarın 22-də Baş Prokurorluq prezident İlham Əliyevin təklifini nəzərə alaraq Mehman Hüseynova qaldırılmış ikinci cinayət işinin icraatına xitam verib.

11 min manat ödənişi: yeni statistika

  • 31 Yanvar 2019
  • comments

Azərbaycan nefti 64 dollara yaxınlaşıb

  • 31 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda