• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sığorta fəaliyyəti: qanun necə yenilənib?

  • 29 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Dövlət başçısı İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə sığortaçıya bu tədbirləri tətbiq edə bilər: sağlamlaşdırma planının hazırlanmasının və tətbiqinin tələb edilməsi; sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılmasının və azad edilməsinin tələb edilməsi; sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi.

Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə maliyyə bazarlarına nəzarət orqanı sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir.

Sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması qaydasını və icrasına dair hesabatların forması və təqdim olunması qaydasını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.

Maliyyə bazarlarına nəzarət orqanının yazılı tələbini aldıqdan sonra sığortaçı tələbdə göstərilən müddət ərzində sağlamlaşdırma planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Sağlamlaşdırma planının hazırlanması və layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz.

Maliyyə bazarlarına nəzarət orqanı baxılması üçün ona təqdim edilmiş sağlamlaşdırma planının layihəsinə dair təklifləri olduqda bu barədə 10 iş günü ərzində sığortaçıya yazılı bildiriş təqdim edir və sağlamlaşdırma planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Sığortaçı sağlamlaşdırma planına 5 iş günü ərzində əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra sağlamlaşdırma planının layihəsini təkrar yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Maliyyə bazarlarına nəzarət orqanı sağlamlaşdırma planının layihəsi ilə razı olduqda bu barədə sığortaçıya 5 iş günü ərzində yazılı bildiriş göndərir.

Sağlamlaşdırma planı maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırıldıqdan sonra sığortaçı sağlamlaşdırma planının icrasına başlayır.

Bu hallarda maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya rəhbər işçilərinin 45 iş gününədək müddətə vəzifələrindən müvəqqəti kənarlaşdırılması barədə təqdimat verir: sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizindən az, 80 faizindən çox olduqda; sağlamlaşdırma planının hazırlanması və tətbiqi tələbi icra edilmədikdə; sağlamlaşdırma planının təqdim edilməsi üçün əsas olan hal sağlamlaşdırma planının icrası nəticəsində aradan qalxmadıqda.

Qanunda müvəqqəti inzibatçının təyin edilməsinin əsasları, qaydaları da yer alır.

Yanvarın 28-də imzaladığı fərmanla prezident Maliyyə Bazarlarına Nəzarət Palatasına sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması qaydasını və icrası barədə hesabatların forması və təqdim olunması qaydasını üç ay müddətində təsdiq etməyi tapşırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası prezidentin 3 fevral 2016-cı il fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulub, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulub. Qurum qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir.

“Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”

  • 29 Yanvar 2019
  • comments

Ramil Usubov müxalifət haqqında nə deyib?

  • 29 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda