Mərkəzi Bank yanvarın 29-da avronun kursunu 1,9434 manata, Gürcüstan larisini 0,6401 manata qaldırıb.
Novator.az-ın məlumatına görə, Çin yuanı (0,2520 manat), İngiltərə funt sterlinqi (2,2361 manat), Rusiya rublu (0,0257 manat) və Türkiyə lirəsi (0,3191 manat) ucuzlaşıb.
Bir neçə valyutanın rəsmi qiyməti isə dəyişməz qalıb. ABŞ dolları banklara 1,7, BƏƏ dirhəmi 0,4628 manata, 100 İran rialı 0,0040 manata təklif olunur (Məzənnələr).