• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qaydaların olmaması fəsadlara gətirib çıxarır”

  • 28 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

AZƏRTAC prezident İlham Əliyevin Davosda “Rossiya 1” telekanalına verdiyi müsahibənin mətnini yayıb.

“Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar, qiymətlər necə ola bilər” sualına prezident belə cavab verib: “Hər şey OPEK+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirilməsindən asılı olacaq. Azərbaycan zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir.

Bütün il üçün proqnozlaşdırmaq çox çətindir, amma əksər təhlilçilərin qiymətləndirməsinə görə, təxminən bu səviyyə real ola bilər. Bu həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur”.

“Belə təəssürat yaranır ki, dünyada əsas qayda ölkələr arasında münasibətlərdə, beynəlxalq ticarətdə heç bir qaydanın olmamasıdır. Bunun təhlükəsi nədədir” sualını dövlət başçısı belə cavablandırıb: “Beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da fəsadlara gətirib çıxarır, yəni etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkə arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır.

Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq hazırlanmış mexanizm mövcuddur. Bu həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir. Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir.

Bizim ölkəyə gəlincə, həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələr, investisiya layihələri üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik”.

Yenilik 2725 şəhidin vərəsələrini əhatə edəcək

  • 28 Yanvar 2019
  • comments

“Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”

  • 29 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda