• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ümumi təhsil qanunu yeni mərhələdə

  • 25 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Milli Məclisin elm və təhsil komitəsinin 24 yanvar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. AZƏRTAC-ın məlumatına görə, qanun layihəsini təqdim edən komitə sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir.

Qanun layihəsinə əsasən, dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ümumi təhsil müəssisəsinin təsisçisi ola bilər.

Ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyinin müəyyənləşdirdiyi geyim formaları tətbiq olunacaq.

Novator.az bildirir ki, layihəyə görə, ümumi təhsilin səviyyələri bunlardır: məktəbəhazırlıq mərhələsi (5 yaş); ibtidai təhsil I-IV siniflər (6-10 yaş); ümumi orta təhsil V-IX siniflər (11-15 yaş); tam orta təhsil X-XI siniflər (16-17 yaş).

Ümumi təhsil müəssisələrinin bu növləri var: ibtidai ümumtəhsil məktəbi; ümumi orta ümumtəhsil məktəbi; tam orta ümumtəhsil məktəbi; lisey; gimnaziya; ümumtəhsil internat məktəbi; inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi; xüsusi məktəb və xüsusi internat məktəbi; inteqrasiya təlimli internat tipli gimnaziya; valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi; digər məktəblər.

Layihəyə əsasən, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də tədris aparıla bilər. Belə ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.

İbtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Qiyabi hökm

  • 25 Yanvar 2019
  • comments

Qırğın səngimir

  • 25 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda