• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Mitinqləri qadağan etmək narazılığın böyüməsinə gətirib çıxaracaq”

  • 25 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Şərh

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu müxalifətin 26 yanvar aksiyasına icazə verilməməsinə münasibət bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının planlaşdırdığı növbəti mitinqlə bağlı müraciətini mənfi cavablandırıb.

Milli Şura müraciətində bildirmişdi ki, yanvarın 26-sı Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirmək istəyir.

Cavab məktubunda bildirilib ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai asayiş pozulub, eyni zamanda Milli Şuranın üzvləri yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarət zamanı bir sıra qanun pozuntusuna yol veriblər. Bunları əsas gətirərək meriya 26 yanvar mitinqinin keçirilməsini məqsədəuyğun hesab etməyib.

19 yanvar mitinqi İdman-Sağlamlıq Kompleksinin stadionunda olub. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiyada bloqçu Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması tələb edilib.

Novator.az-ın məlumatına görə, ADR Hərəkatının sədri Qubad İbadoğlu yanvarın 25-də yaydığı açıqlamada qeyd edir ki, müxalifətin 26 yanvar mitinqinə icazə verilməməsi bir çox mətləblərə aydınlıq gətirir: “Məlum oldu ki, hakimiyyətin 19 yanvar mitinqindən gözləntiləri özünü doğrultmayıb. Hakimiyyət rəsmilərinin son zamanlar sosial şəbəkələrdə uduzduğu mövqeyi mitinq meydanında bərpa etmək niyyəti baş tutmayıb.

26 yanvar aksiyasına icazə verilməməsi hakimiyyətin mitinqlərin davamlı olacağından və iştirakçılığın artacağından narahat olduğunu göstərir. Deməli, hakimiyyət ölkədə narazılığın miqyası barədə məlumatlıdır”.

Qubad İbadoğlunun fikrincə, hakimiyyət özünə arxayın deyil, xüsusilə də mərkəzdən qaçan qüvvələrin mitinqlərə dəstəyindən ehtiyatlanır, mitinqlər vasitəsilə müxalifətin birləşməsinin və güclənməsinin fərqindədir: “Ancaq hakimiyyətin davranışları arxadan atılan daşa bənzəyir. Çünki 19 yanvar mitinqi öz işini görməklə yanaşı indiyə qədər mövcud olan bir çox sualı da cavablandırdı. Məlum oldu ki, xalq ayaqdadır. Odur ki, qanunları pozub mitinqləri qadağan etmək kütləvi narazılığın yatırılmasına deyil, onun daha da böyüməsinə gətirib çıxaracaq”.

“O, işığa deyil, hüzura layiqdir”… 

  • 25 Yanvar 2019
  • comments

Sorğu: rusiyalıların 25 faizi işləmir

  • 25 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda