Demokratik Qüvvələrin Milli Şurası bәyanat yayıb. Bəyanatda deyilir ki, Milli Şura yanvarın 26-da Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda növbәti mitinqini keçirmәk üçün Bakı Şәhәr İcra Hakimiyyәtinә müraciәt edib, lakin meriya vәtәndaşların sәrbәst toplaşmaq hüququna hörmәtsizlik edәrәk mitinqin keçirilmәsinә razılıq verməyib: “Mitinqlә bağlı müraciәtimizә verdiyi cavabda açıq şәkildә yazılır ki, ona razılıq verilmәmәsi birbaşa polisin istәyi ilә olub. Bu cavab hәm dә ölkәdә polis rejiminin bәrqәrar edildiyinin etirafıdır.
Yanvarın 26-da mitinqin keçirilmәsi qәrarı Milli Şuranın 19 yanvar mitinqindә 20 min nәfәrәdәk insanın iştirakı ilә qәbul olunmuşdu. Bakı polisinin saxta iddialarına söykәnib ona razılıq vermәmәk hәr şeydәn әvvәl hәmin insanların iradәsinә zidd getmәk vә ölkә vәtәndaşlarının Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan sərbəst toplaşma hüququnu pozmaqdır.
Meriyanın öz qәrarında polisin müraciәtinә әsaslanması onu demәyә imkan verir ki, hakimiyyәt ümumiyyәtlә bundan sonra dinc etiraz mitinqlәrinә razılıq vermәmәyә meyllәnib. Milli Şura hakimiyyәti belә bir yanlış niyyәtdәn daşınmağa çağırır. Çünki bu, ölkәdә sәrbәst toplaşmaq azadlığının tamamilә lәğvi demәk olacaq vә hakimiyyәtin özü üçün dә ağır nәticәlәr doğuracaq.
Hakimiyyәt onsuz da indiyәdәk dinc mitinqlәrin tәşkilinә çoxsaylı maneәlər yaratmaqla sәrbәst toplaşma azadlığını mәhdudlaşdırıb. 19 yanvar mitinqi әrәfәsindә dә tәşkilatçılar kütlәvi şәkildә hәbs edildi, icra hakimiyyәtlәrinin vә polisin tәqibinә, hәdәlәmәsinә mәruz qaldı. Mitinqdәn qabaq AXCP-nin 24, Müsavatın 2 funksioneri müxtәlif müddәtlәrә inzibati qaydada hәbs olundu, insanları mitinqdә iştirakdan çәkindirmәk üçün hәr vasitәyә әl atıldı. Lakin bütün bunlara baxmayaraq, әn mәhdud şәrtlәr daxilindә tәşkilatçılığa rәğmәn 19 yanvar mitinqi son 13 ilin әn izdihamlı mitinqi oldu. Göründü ki, artıq xalqımızın siyasi fәallığı yüksәlib vә o, taleyi uğrunda meydana çıxmağa hazırdır. Mәhz bu amil hakimiyyәti qorxuya saldı vә növbәti mitinqә razılıq verilmәdi. Başqa sözlә, belə görünür ki, hakimiyyət xalqın maraqlarını və açıq tələblərini nəzərə alıb avtoritarizmdən demokratiyaya keçid istiqamətində addımlar atmaq əvəzinə dəyişiklik qorxusundan tam diktatura rejiminə keçmək qərarına gəlib.
Milli Şura yaranmış vәziyyәtә uyğun qәrarlar verәcәk, ölkәdә azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacaq, bütün qanuni vasitәlәrdәn istifadә edәcәk ki, vәtәndaşların sәrbәst toplaşmaq azadlığı tәmin olunsun vә biz razılaşdırılmış çoxminlik mitinqlәrimizi davam etdirә bilәk. Hakimiyyәt bilmәlidir ki, insanların dinc etiraz hüququnu uzun müddәtә әlindәn ala bilmәyәcәk. Әgәr razılaşdırılmış mitinqlәrә imkan vermәmәk xәtti götürülәcәksә, Milli Şura razılaşdırılmamış kütlәvi aksiyaların tәşkili hüququnu özündә saxlayır”.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunurlar.